Özgür Özəl
Özgür Özəl (21 sentyabr 1974, Manisa) — Türkiyə Böyük Millət Məclisi 24, 25, 26, 27 və 28-ci çağırışlarında Manisa millət vəkili, 24 iyun 2015-ci ildən 2023-cü il 3 iyuna qədar TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini, 3 iyun 2023-cü il tarixindən fraksiyasının sədri, 5 noyabr 2023-cü il etibarilə isə Cümhuriyyət Xalq Partiyasının 8-ci sədri, Türkiyə ana müxalifət partiyasının lideri, türk siyasətçi və əczaçı.
Özgür Özəl 21 sentyabr 1974-cü ildə Talat və Şükran cütlüyünün uşağı olaraq Manisada anadan olub. İbtidai təhsilini Manisa Mərkəz Qazi məktəbində başa vurub. Orta və lisey təhsilini İzmirdəki Bornova Anadolu Liseyində başlayıb, sonuncu ildə Manisa Liseyinə gedib və oranı bitirib. Bornova Anadolu Liseyi alman bölməsini və Manisa Liseyini bitirdikdən sonra 1997-ci ildə Egey Universiteti Əczaçılıq fakültəsini bitirmişdir.
Universiteti bitirdikdən sonra 2011-ci ildə keçirilən seçkilərdə millət vəkili seçilənə qədər əczaçı peşəsini icra etmişdir. 2007-ci ildən sonra Türk Əczaçılar Birliyinin İdarə Heyətinin üzvü, xəzinədarı və iki dönəmlik baş katib vəzifələrində çalışmışdır. Beynəlxalq Əczaçılıq Federasiyasının, Avropa İttifaqı Əczaçılıq Qrupunun və Avropa Əczaçılıq Forumunun üzvüdür.
Evlidir və bir övladı var. Özgür Özəl alman və ingilis dillərini yaxşı bilir.